Çox hörmətli cənab Prezident.
Biz, Qusar şəhəri "Mustafa Kazdal" məscidi dini icmasının üzvləri və rayon dindarları, Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Dünyanı bürümüş koronavirus pandemiyasına qarşı apardığınız ciddi və qətiyyətli mübarizəni ürəkdən alqışlayırıq. Bu çətin bəlanın qarşısını almaq üçün görmüş olduğunuz tədbirlərin nəticəsidir ki, dünya ölkələri ilə müqayisədə ölkəmizdəki vəziyyət təqdirəlayiqdir.
Zati-aliləri, bu müvəffəqiyyət və uğurları vaxtında gördüyünüz tədbirlərin, uzaqgörən siyasətinizin nəticəsi kimi qiymətləndiririk.
Dünyanın mürəkkəb dövr yaşadığı, həyatın bütün sahələrində ağır imtahanlardan keçdiyimiz bir zamanda biz yenə sizin şəxsiyyətinizin, əzəmətinizin şahidi oluruq. Azərbaycan xalqının yenilməz Lideri kimi nəzərimizdə daha da ucaldınız.
Möhtərəm cənab Prezident, dinimizdə bir insanı xilas etmək, bütün bəşəriyyəti xilas etmək kimi dəyərləndirilir. Ulu Yaradanın lütfü ilə Siz insanların həyatını xilas edərək, bir daha, hər bir azərbaycanlının Prezidenti olduğunuzu göstərdiniz.
Cənab Prezident, xalqın yolunda gecə-gündüz gördüyünüz işləri qiymətləndirir və təşəkkürlərimizi bildiririk.
Böyük ehtiram hissi ilə qarşıdan gələn Ramazan ayı münasibəti ilə Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. O, bir olan Allah Sizi, Azərbaycan xalqını və bütün bəşəriyyəti qorusun. Amin.
Dərin hörmətlə,
Rəhimxanov Fəryaddin Zahir oğlu
Qusar şəhəri Mustafa Kazdal” şəhəri.-məscidi dini icmasının sədri